Türkiyədə evdə ana və qızının meyiti tapılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Qaziantep şəhərinin Şahinbəy qəsəbəsində baş verib.
27 yaşlı Seçil Kaymakçı və 3 yaşlı qızı Nilvaradan xəbər almayan qohumları polisə xəbər veriblər. Hadisə yerinə gələn polislər qapının bağlı olduğunu görüblər. Çağırılan xilasedicilər qapını qıraraq içəri daxil olub və ana ilə qızının meyitlərini tapıblar.
Məlum olub ki, əvvəlcə uşağın beşiyi yanıb. Ana və qızı da yanğın nəticəsində evi bürüyən tüstüdən zəhərlənərək ölüblər.
Araşdırma aparılır.