Türkiyədə ana və 2 azyaşlı övladı faciəvi şəkildə ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kayserinin Məlikqazi qəsəbəsində baş verib. Qucağında körpəsi olan ana 13-cü mərtəbənin balkonundan yıxılma təhlükəsi olan övladını tutmaq istəyib. Bu zaman balkonda olan uşaq və ana qucağındakı uşaqla birgə yerə düşüblər.
Nəticədə onların hər üçün yerindəcə keçiniblər. Mərhumların hadisə yerinə gələn qohumları infarkt keçiriblər.
Araşdırma aparılır.