Ufada 64 yaşlı qadın əlil oğlunu bıçaqlayaraq öldürüb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə mayın 26-na keçən gecə ailənin yaşadığı mənzildə baş verib. Məlumata görə, 64 yaşlı Yelena serebral iflicdən əziyyət çəkən 30 yaşlı oğlu Marselə bir neçə bıçaq xəsarəti yetirib və intihara cəhd edib. Qadın intihara cəhd etməzdən əvvəl məktub yazaraq, belə yaşamaqdan bezdiyini bildirib.
Marsel aldığı xəsarətlərdən ölüb. Həkimlər Yelenanı xilas ediblər, o, hazırda xəstəxanadadır.