Ana azyaşlı oğluna tualet suyu içirdib işgəncə verdi
03 oktyabr 2023 12:31 (UTC +04:00)

Ana azyaşlı oğluna tualet suyu içirdib işgəncə verdi

Uralda 10 yaşlı oğlan anasını zorakılıqda ittiham edib.

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, uşaq aylardır anası tərəfindən zorakılığa məruz qaldığını bildirib. Uşağın sözlərinə görə, qadın onu tualetdən su içməyə məcbur edib, bədən xəsarəti yetirib və başqa üsullarla işgəncə verib.

“Anam mənim hər işimi bəyənmir. Mən titrəməyə və kəkələməyə başlayana qədər məni daim təhqir edərək alçaldır. Bir səhv ucbatından hətta bəzən kəmər və ya şnurla o qədər güclü vurur ki... Zəif qiymət alanda anam evdə ağzıma çirkli corab tutaraq, vurma cədvəlini öyrənməyə məcbur etdi”, - uşaq deyib.

Həmçinin bildirilir ki, şagirdin anasının psixi pozğunluğu var və o, 15 yaşında müalicədən imtina edib. İşgəncə görən oğlu bir neçə aylıq olanda qadın uşağın atasını bıçaqla vurub. O vaxtdan əri onlarla yaşamır.

Hazırda oğlan sosial reabilitasiya mərkəzindədir. Azyaşlıya işgəncə verilməsi ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3034

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15