Ana 10 aylıq körpəsini öldürdü
14 iyul 2023 14:01 (UTC +04:00)

Ana 10 aylıq körpəsini öldürdü

0

Yaroslavl vilayətində 35 yaşlı qadın öz uşağını öldürməkdə şübhəli bilinərək saxlanılıb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, Kotorosl çayında Tolbuxinski körpüsünün altından 10 aylıq körpənin meyiti tapılıb. Faktla əlaqədar köməksiz vəziyyətdə olan azyaşlının qətlə yetirilməsi (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “c” bəndi) ilə bağlı cinayət işi başlanıb.

Məlumata əsasən, üç uşaq anası olan qadın iki uşağı ilə gəzintiyə çıxıb. O, yeddi yaşlı oğlunu sahildə qoyub, özü isə körpə ilə suya girib. Nəticədə uşaq boğularaq ölüb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2016

Oxşar yazılar