Altı oğlan 20 yaşlı dostunu  “xəyanət”ə görə   oğurlayıb işgəncə verdilər
28 iyun 2023 11:55 (UTC +04:00)

Altı oğlan 20 yaşlı dostunu “xəyanət”ə görə oğurlayıb işgəncə verdilər

Krasnodar diyarında yaşları 18-20 arasında olan altı gənc oğlan 20 yaşlı dostunu oğurlayaraq işgəncələrə məruz qoyublar.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, hadisə Belozernı qəsəbəsində baş verib. Zərərçəkmişin dediyinə görə, tanışları onu bir saat qapalı yerdə saxlayıb, döyüblər və onlara qarşı ifadələri etiraf etməsini tələb ediblər. Lakin zərərçəkmiş “xəyanəti” inkar edib və azadlığa çıxandan sonra polisə müraciət edib.

İndi “Bir qrup şəxs tərəfindən zor tətbiq etməklə qabaqcadan razılaşdırılaraq adam oğurlama” maddəsi ilə cinayət işinin başlanması məsələsi həll edilir. Şübhəliləri 12 ilə qədər həbs gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2424
avatar

Oxşar yazılar