Alimpaşa Məmmədovun işininə bu hakim baxacaq
12 yanvar 2023 12:17 (UTC +04:00)

Alimpaşa Məmmədovun işininə bu hakim baxacaq

0

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işinə sədrlik edəcək yeni hakim məlum olub.
Lent.az-ın APA-ya istinadən xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılan iş hakim Elmin Rüstəmovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Alimpaşa Məmmədovun cinayət işi hakim Nural Əliyevin icraatına verilmişdi. Onun sədrliyi ilə 5 iclas keçirilib. Bir müddət əvvəl isə Nural Əliyev Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2171

Oxşar yazılar