Sudan qanunsuz istifadə
22 dekabr 2021 17:45 (UTC +04:00)

Sudan qanunsuz istifadə

"Al" və "Oba" marketlərinə İTTİHAM: su oğurlayıblar - FOTO

Bakının Suraxnı rayonunda içməli sudan qanunsuz istifadə aşkarlanıb.

"Azərsu" Aşəq Səhmdar Cəmiyyətindən Lent.az-a verilən məlumata görə, rayonun Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində yerləşən obyektdə içməli sudan qeyri-qanuni istifadə edildiyi məlum olub. Belə ki obyektdə 4 mağaza – “Gəncə təndiri” çörək sexi, ət kəsimi məntəqəsi, "Al" və "Oba" marketlər fəaliyyət göstərir. Bu obyektlərin su təchizatı şəbəkəyə qanunsuz qoşulmuş xətt vasitəsilə aparılıb. Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsindəki qum bazarında da anoloji vəziyyət hökm sürür. Bu obyektdə də su təchizatının qanunsuz çəkilmiş xətt vasitəsilə aparıldığı aşkarlanıb.

Yeni Günəşli qəsəbəsi AB 98 ünvanında yerləşən qaraj isə ət kəsimi sexi  kimi fəaliyyət göstərib. Bu obyekt abonent kimi qeydiyata alınmayıb və indiyədək içməli sudan qanunsuz istifadə edib.

Suraxanı rayonunda bir neçə fərdi həyət evinin sudan qanunsuz istifadə etdiyi məlum olub. Nəzarət tədbirləri keçirilərkən Əmircan qəsəbəsi Bəydəmirov küçəsində qanunsuz olaraq su satışı həyata keçirən sudaşıyan maşın aşkarlanıb. Belə ki, 10 HS 078 dövlət nömrə nişanlı sudaşıyan nəqliyyat vasitəsinin sahibi öz fərdi yaşayış evinin xəttindən küçəyə çıxış verib. Bu xətt vasitəsilə maşınını dolduraraq ayrı-ayrı vətəndaşlara su satışını həyata keçirib.  

Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, Sudan İstifadə Qaydalarının tələblərinə uyğun olaraq qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb. Eyni zamanda vətəndaşlar və sahibkarlar içməli sudan qanuni istifadə yolları barədə məlumatlandırılıb. Sudan qanunsuz istifadə edənləri bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2021-ci ilin yanvar - noyabr aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 13 993, Suraxanı rayonu üzrə isə 697 fakt aşkarlanıb. Bu hallar üzrə müvafiq olaraq 4 mln 64 min və 206 min kubmetr həcmində sərfiyyat bərpa olunub. Cari ilin 11 ayı ərzində sudan qanunsuz istifadə ilə bağlı 200-dək fakt araşdırılması üçün  hüquq-mühafizə orqanlarına təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2238
avatar

Oxşar yazılar

SEPAH Təbrizdə güneyli fəalları həbs etdi

SEPAH Təbrizdə güneyli fəalları həbs etdi

16 dekabr 2024 , 00:30
Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü,  yaralılar var

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü, yaralılar var

15 dekabr 2024 , 22:03
Siyəzəndə FACİƏ:  İki oğulu itirən ailənin qızı boğulub öldü

Siyəzəndə FACİƏ: İki oğulu itirən ailənin qızı boğulub öldü

15 dekabr 2024 , 21:55
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06