"Al Market" məhkəməyə verildi
26 noyabr 2021 14:08 (UTC +04:00)

"Al Market" məhkəməyə verildi

“Al Market” MMC-yə cərimə yazılıb.

Lent.az-ın məlumatına “Al Market”lər şəbəkəsinin Lənkəran filiallarından birində karantin qaydalarının pozulduğu aşkarlanıb. Buna görə də onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsilə cərimə protokolu tərtib olunub.

Protokol baxılması üçün Lənkəran rayon Məhkəməsinə göndərilib. İş hakim Toğrul Məmmədovun icraatına verilib.

Qeyd edək ki, həmin maddə əsasında “Al Market” 400 manat məbləğində cərimələnə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3297
avatar

Mehman Nəbiyev

Oxşar yazılar