Rusiyanın Sankt-Peterburq musiqili-dram teatrının “Mavi quş” uşaq studiyasının gənc aktyoru dərmandan zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, aktyor arıqladan dərmandan istifadə edirmiş və həddən artıq doza qəbul etdiyi üçün zəhərlənib.
Müəyyən edilib ki, preparatın tərkibində narkotik kimi təsnif edilən amfetamin seriyalı maddə var. Bu dərmanı qəbul etmək anormal ürək ritmləri, taxikardiya, yuxusuzluq və panik atak kimi bir sıra ciddi yan təsirlərə səbəb ola bilər.