Aktiv koronavirus xəstəsi sükan arxasında tutuldu - FOTO
10 dekabr 2021 09:16 (UTC +04:00)

Aktiv koronavirus xəstəsi sükan arxasında tutuldu - FOTO

0

Neftçalada aktiv koronavirus xəstəsi rayon ərazisində avtomobillə hərəkətdə olarkən aşkar olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, COVID-19 xəstəsi olan rayonun Xıllı qəsəbə sakini Seyran Rəhimova ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib, infeksiyanın yayılmasına real şərait yaradıb.

S.Rəhimov idarə etdiyi avtomobillə qəsəbə ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və yaşadığı evə geri qaytarılıb.

Faktla bağlı həmin şəxs barəsində Neftçala rayon Polis Şöbəsində araşdırmalar aparılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1341

Oxşar yazılar