Ağsu aşırımında hərəkət ÇƏTİNLƏŞDİ -FOTOLENT
20 yanvar 2021 15:06 (UTC +04:00)

Ağsu aşırımında hərəkət ÇƏTİNLƏŞDİ-FOTOLENT

İsmayıllı və Ağsu rayonlarına yağan qar magistral yolları ağ örpəyə bürüyüb, bəzi yerlər buz bağlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, gecə saatlarından başlayaraq dumanlı hava və yağan qar Muğanlı dolaylarında və Ağsu aşırımında nəqliyyatın hərəkətində bir sıra çətinliklərə səbəb olub. Şamaxı-İsmayıllı və Şamaxı-Ağsu rayonlarını birləşdirən bu avtomobil yollarının yüksək dağlıq ərazidən keçən bəzi hissələri, eləcə də Dəmirçi-Lahıc yolu buz bağladığından, avtomobillərin  hərəkəti qismən məhdudlaşıb.

Qarın yağması səbəbindən hazırda İsmayıllı və Ağsunun bir neçə dağ kəndinə gediş-gəlişi çətinləşdirib.

Hazırda İsmayıllı və Ağsunun yol istismarı idarələrinin canlı qüvvəsi və ağır texnikaları əraziyə cəlb olunub, yollar qardan təmizlənir, nəqliyyatın rahat hərəkəti üçün yollara duz və qum səpilir. Gecə saatlarında bu yolların yenidən buz bağlayacağı gözlənilir. Buna görə sürücülərə alternativ yollardan istifadə etmələri məsləhət görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3047

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15