Ağdaşda avtomobil kanala düşdü, ölən var  - YENİLƏNİB
15 oktyabr 2024 15:48 (UTC +04:00)

Ağdaşda avtomobil kanala düşdü, ölən var - YENİLƏNİB

Ağdaşda avtomobil kanala düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, oktyabrın 15-də saat 12 radələrində Habil Əzizov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə Ağdaş rayonunun Qoşaqovaq kəndi ərazisində qəza törədib, nəqliyyat vasitəsi su kanalına aşıb. Sürücü hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

***

15:08

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Ərəbocağı kəndi ərazisindən keçən hissəsində “Lada” markalı minik avtomobilinin kanala düşməsi barədə məlumat daxil olub.

Lent.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1695
avatar

Oxşar yazılar