Bakıda daha bir məhkum həbsdə ölüb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Pentensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.
Orada saxlanılan məhkum Məhərrəm Heybətov dünyasını dəyişib.
Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, Ağdamdan olan M.Heybətov 2021-ci ildə narkotik satışına görə həbs edilib.