Daxili İşlər Nazirliyi Ağdamda mina partlayışı barədə məlumat yayıb.
Nazirlikdən Lent.az-a verilən xəbərə görə, xəsarət alanları polislər təhlükəli ərazidən çıxararaq Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Hər iki şəxs yol tikintisi aparan şirkətin əməkdaşlarıdır. Hadisə müəyyən olunan marşrutdan kənarda baş verib.
Ağdam rayon Prokurorluğundan verilən məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.
***
Saat: 18:39
Bu gün Füzuli-Ağdam yolu istiqamətində piyada-əleyhinə mina partlayıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, hadisə nəticəsində 33 yaşlı Şəmkir rayon sakini Əliyev Ramin Əmir oğlu və 36 yaşlı Ağstafa rayon sakini Nəcəfov Pərviz Sozalı oğlu xəsarət alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərin hər ikisinin bir ayağı diz nahiyesindən amputasiya edilib.
ANAMA bir daha vətəndaşları müəyyən olunmuş marşrutlardan kənara çıxmamağa, məsuliyyətli və diqqətli davranaq təhlükəli ərazilərə daxil olmamağa çağırır.