Ağdamda 27 ədəd fosforlu mərmi tapıldı -  FOTO
05 yanvar 2021 18:31 (UTC +04:00)

Ağdamda 27 ədəd fosforlu mərmi tapıldı - FOTO

Yanvarın 4-də Daxili İşlər Nazirliyinin Ağdam rayon Polis Şöbəsi tərəfindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam rayonu Qiyaslı kəndi ərazisində xeyli sayda mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Lent.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağdam rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə göndəriilib. Agentliyin mütəxəssisləri və Ağdam rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə əraziyə baxış keçirilib. 

Həmin ərazinin düşmənin döyüş mövqeyi olduğu və mülki sakinlərə və obyektlərə qarşı oradan atışların həyata keçirildiyi müəyyən olunub. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 528 ədəd sursat: 3 ədəd top mərmisi, 72 ədəd "Qrad" qurğusundan açılan 122 mm-lik 9M22U raketi, 5 ədəd minatan mərmisi, 2 ədəd TM62P tank əleyhinə minası, 919 ədəd partladıcı, eləcə də 27 ədəd ağ fosfor tərkibli tüstülü minaatan mərmisi aşkar edilib.

Aşkar olunmuş sursatlar agentliyin çütəxəssisləri tərəfindən DİN və DTX-nın əməkdaşlarının iştirakı ilə partlayış yolu ilə zərərəsizləşdirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2031

Oxşar yazılar

Həbsxanaya yağ qutusunda  narkotik gətirdilər

Həbsxanaya yağ qutusunda narkotik gətirdilər

21 may 2025 , 11:08
Mayamidə azərbaycanlı  suda boğulub öldü

Mayamidə azərbaycanlı suda boğulub öldü

21 may 2025 , 10:49
Polis idarəsinin binasına görə polkovnikə cinayət işi açıldı

Polis idarəsinin binasına görə polkovnikə cinayət işi açıldı

21 may 2025 , 10:42
Bakıda qadını zorla qaçırdılar:  həbs edilən var -VİDEO

Bakıda qadını zorla qaçırdılar: həbs edilən var -VİDEO

21 may 2025 , 10:14
Mingəçevirdə evdən meyit tapıldı

Mingəçevirdə evdən meyit tapıldı

21 may 2025 , 10:14
Kartlardan 7 min manatdan  çox pul oğurlandı

Kartlardan 7 min manatdan çox pul oğurlandı

21 may 2025 , 10:05
Sabirabadda körpə ölü doğuldu

Sabirabadda körpə ölü doğuldu

21 may 2025 , 09:58
Tehranda səfirliyimizə hücum edən EDAM OLUNDU

Tehranda səfirliyimizə hücum edən EDAM OLUNDU

21 may 2025 , 09:52