Ağdamda 15 yaşlı qız YOXA ÇIXDI
22 iyun 2023 15:21 (UTC +04:00)

Ağdamda 15 yaşlı qız YOXA ÇIXDI

0

Ağdamda 15 yaşlı qız itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, Ağdam rayon sakini, 2008-ci il təvəllüdlü Elvira Həsrətli iyun ayının 10-da yaşadığı evdən çıxıb və naməlum istiqamətə gedərək itkin düşüb. Onun tapılması ilə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb.

E.Həsrətlinin əlamətləri belədir: 160 sm boyu, 60-65 kq çəkisi, qara və qismən uzun saçları var. Əynində qara köynək və şalvar, ağ rəngli idman ayaqqabısı olub.

Şəkildəki şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti - Zəng Mərkəzinə, eləcə də Ağdam Rayon Polis Şöbəsinin (026)325-02-02  və 050-443-24-76 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2547

Oxşar yazılar