Ağdam-Ağcabədi yolunda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, iyul ayının 6-da saat 20 radələrində Ağdam-Ağcabədi yolunun Hindarx qəsəbəsi hissəsindən keçən hissəsində Şuşa rayon sakini, 22 yaşlı Şamil Qasımov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə idarəetməni itirərək yolun kənarında dayanan iki avtomobillə toqquşub, daha sonra yolun kənarında olan piyada, 28 yaşlı Mahir Məmmədovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.