Adnan Əhmədzadə ilə bağlı YENİ QƏRAR
13 mart 2026 15:07 (UTC +04:00)

Adnan Əhmədzadə ilə bağlı YENİ QƏRAR

0

SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı təqdimata Səbail Rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib.

Qərara əsasən, Adnan Əhmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 ay uzadılıb.

Qeyd edək ki, Adnan Əhmədzadə ötən ilin sentyabr ayında DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 416

Oxşar yazılar