Bakıda 6500   manata ev   elanı - "Dələduzların fırıldaq metodu"
07 iyul 2026 14:03 (UTC +04:00)

Bakıda 6500 manata ev elanı - "Dələduzların fırıldaq metodu"

0

Sosial şəbəkələrdə çox qəribə ev elanları paylaşılır. Altı-on minə bir, iki otaqlı evlər təklif olunur. Hansı ki, bu evlər şəhərdən uzaqda yerləşir, ətrafından nə bir avtobus keçir, nə də ki, yeriməyə asfaltı var. Düzənlik sahədə, bir kəsin olmadığı ərazidə tikilib, satılır. Əl eləsək, yolda dəvələrlə rastlaşarıq, nəinki bir insanla.  “Başımı salmağa evim olsun”, düşüncəsi ilə bir çoxları da bu elanlara isti baxırlar, maraqlanırlar.

Bəs görəsən, bu kimi cəlbedici qiymətlər təklif edən elanlar nə qədər güvəniləndir? Necə olur ki, qiymətlər fantastik dərəcədə aşağı təklif oluna bilir?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc Lent.az-a açıqlamasında bildirib ki, bu evlər problemli olduğu üçün qiymətləri həddindən çox ucuzdur:

Vüqar Oruc yenidən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri seçildi  » Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

“Atalar boşuna demir, “ucuz ətin şorbası olmaz”. Altı-on min civarında satılan bir-iki otaqlı evlərin nə özünün, nə də tikildiyi torpağın qanuni sənədi var. Həmin evlərin hərhansısa problemi olduğu üçün çox aşağı qiymətlə bazara təklif olunur. Digər tərəfdən bu evlərin alqı-satqısı mümkün deyil. Elanla maraqlanmaq üçün yaxınlaşsanız görərsiniz ki, onlar qeydiyyata salınmır, notarial müqavilə ilə alqı-satqı etmədən, sənədləşdirilmədən təklif olunurlar. Bu evləri almaq çox təhlükəlidir. Onların ucuz olma səbəbi sənədsizlik, həmçinin tikintinin normativlərə uyğun olmadan aparılmasıyla birbaşa bağlıdır.

 

Vətəndaşlar ev alarkən onun sənədlərinə, Dövlət Əmlakının Kadastrı və Reyestri tərəfindən verilən çıxarışın olub-olmamasına baxmalıdırlar. Digər tərəfdən həmin evin normativlərə uyğun tikilib-tikilməməsinə, həyətyanı sahənin doğrudan da ora məxsusluğuna diqqət edilməlidir. Əgər evi notarius vasitəsilə almaq mümkündürsə, bu, məqsədəmüvafiqdir, lakin satıcı tərəfindən başqa variantlar təklif olunursa, bu çox təhlükəli, riskli və qanunsuzdur. Bu tip ev elanlarına normal yanaşmaq mümkün deyil”.

İqtisadçı bildirib ki, ev alqı-satqısının yalnız ixtisaslaşmış saytlarda aparılması düzgündür:

“Qonşu Türkiyə dövlətində son dövrlər belə bir qadağa qoyulub: Sosial şəbəkələrdə daşınmaz əmlak elanları paylaşılmır. Yalnız ixtisaslaşmış əmlak saytlarında bu barədə elan verilə bilər. Çünki sosial şəbəkələr bir çox hallarda aldadıcı ola bilir. Bu baxımdan düşünürəm ki, gələcəkdə Azərbaycanda da elanların müəyyən ixtisaslaşmış əmlak saytlarında yerləşdirilməsi ilə bağlı ənənə yaranacaq. İnzibati metodların tərəfdarı olmasam da, ənənə formalaşması daha məqsədəuyğundur. Sosial şəbəkədə alqı-satqı çox zaman aldanma ilə nəticələnir. "N" qədər belə hal sadalamaq olar, ilkin ödəniş alınır, kartlara pul köçürülür, dələduzluq faktları ortaya çıxır. Hüquq mühafizə orqanlarına bu istiqamətdə kifayət qədər müraciətlər mövcuddur.

Bu cür satışa qoyulan evlər şəhərdən çox uzaqda, münasib yaşayış məntəqələrində olmurlar. Eyni zamanda onlarda şıq, su, qaz problemi var. Yəqin ki, bu istiqamətdə təminatları da yoxdur. Qonşudan oğurluq leviy yolla evə işıq, su çəkirlər. Bu baxımdan düşünürəm ki, birmənalı olaraq həmin elanlardan uzaq durmaq lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 52

Oxşar yazılar