Erdal Beşikçioğlu həbs olundu  - YENİLƏNİB
30 iyul 2026 15:31 (UTC +04:00)

Erdal Beşikçioğlu həbs olundu - YENİLƏNİB

1

Ankara prokurorluğu Etimesqut Bələdiyyəsi ilə bağlı korrupsiya istintaqına başlayıb. Araşdırma çərçivəsində bələdiyyə sədri Erdal Beşikçioğlunun da aralarında olduğu 55 şübhəli barəsində həbs qərarı verilib.

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, Ankara Polis İdarəsinin əməkdaşları bələdiyyə binasında axtarış aparırlar. Şübhəlilərə məxsus 56 yaşayış ünvanında, 15 iş yerində və 41 avtomobildə axtarış və götürülmə tədbirləri davam etdirilir.

Türkiyənin Daxili İşlər Nazirliyi Etimesqut Bələdiyyəsi ilə bağlı maliyyə cinayətləri istintaqı çərçivəsində keçirilən əməliyyat zamanı 52 şübhəlinin saxlanıldığını açıqlayıb.

İstintaq çərçivəsində ümumilikdə 55 nəfər barəsində araşdırmaya başlanıldığı, şübhəlilər arasında Etimesqut bələdiyyəsinin sədri Erdal Beşikçioğlunun da olduğu bildirilib.

***
08:42

Türkiyənin Etimesqut Bələdiyyəsində korrupsiya ittihamları ilə keçirilən əməliyyat çərçivəsində bələdiyyə sədri Erdal Beşikçioğlu saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, əməliyyat korrupsiya istintaqı çərçivəsində həyata keçirilib. Hadisə ilə bağlı araşdırma davam edir.

Erdal Beşikçioğlu 2024-cü ildə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi kimi Etimesqut bələdiyyə sədri seçilib. O, daha çox teatr və kino aktyoru kimi tanınır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 822

Oxşar yazılar