Abşeronda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə Mehdiabad-Fatmayı yolunda baş verib. Qəribov Rüstəm Teymur oğlunun idarə etdiyi "Volqa QAZ 3110" markalı avtomobil əvvəlcə yol kənarındakı ağaca, sonra isə daşdan hazırlanan bulağa çırpılıb.
Nəticədə sürücü yerindəcə keçinib. 3 sərnişini isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.