Xaçmazda bir dam altında tikilən iki ev yanıb.
Lent.az FHN-in saytına istinadla bildirir ki, rayon ərazisində ümumi sahəsi 1200 m² olan bir dam altında tikilən birmərtəbəli evlərdən sahəsi 136 m² olan evin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə və 1 otağının tavanı 6 m² sahədə, sahəsi 170 m² olan evin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Hər iki evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
Yanğın söndürülüb.