Vilayət Eyvazovdan DİN-in Polis Akademiyasının rəisi ilə bağlı ƏMR
20 iyul 2020 11:25 (UTC +04:00)

Vilayət Eyvazovdan DİN-in Polis Akademiyasının rəisi ilə bağlı ƏMR

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev təqaüdə göndərilib.

 APA-nın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, N.Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı APA-ya təsdiqləyiblər.

Bildirilib ki, N.Əliyevin yerinə hələlik yerinə təyinat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14698
avatar

Oxşar yazılar