Turizm şirkətinin qadın direktoruna cinayət işi açıldı - SƏBƏB
31 avqust 2020 12:09 (UTC +04:00)

Turizm şirkətinin qadın direktoruna cinayət işi açıldı - SƏBƏB

Xəbər verildiyi kimi, vətəndaşların müraciətlərinin operativ həlli, aşkarlıq və müraciətlərə baxılması zamanı çevikliyin təmin olunması məqsədilə Baş Prokurorluğun Instaqram sosial şəbəkəsindəki səhifəsində sual-cavab adlı sessiya (#prokurorluqlasualcavab) keçirilir. Sessiya zamanı daxil olmuş müraciətlər zəruri tədbirlərin görülməsi məqsədilə Baş Prokurorluğun mətbuat xidməti tərəfindən dərhal Baş Prokurorluğun rəhbərliyinə, o cümlədən əlaqədar idarə və şöbələrə təqdim olunur.

Baş Prokurorluqdan Lent.az-a daxil olan məlumata əsasən, avqustun 28-də keçirilmiş növbəti sessiya zamanı “Avanqard” turizm şirkətinin direktoru Yeganə Nağıyevanın vətəndaşları aldadaraq xarici ölkələrə turlar təşkil etmək adı altında müxtəlif məbləğlərdə pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olub.

Həmin müraciətləri baş prokuror nəzarətə götürməklə “Avanqard” turizm şirkətinin direktoru Yeganə Nağıyevanın qanunsuz hərəkətləri barədə daxil olmuş ərizələr əsasında Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılmış araşdırma nəticəsində toplanmış material əsasında avqustun 31-də Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri aparılır, qanun pozuntularına yol vermiş və cinayətin törədilməsində bu və ya digər formada iştirak etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2815
avatar

Mehman Nəbiyev

Oxşar yazılar