Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı iş adamı Telman İsmayılovu və qardaşı Vaqif İsmayılovun beynəlxalq axtarışa verilməsi ilə bağlı məlumatlar İnterpolun saytına yerləşdirilib.
APA-nın xəbərinə görə, məlumatda qeyd olunub ki, Telman və Vaqif İsmayılov qardaşları odlu silahların, onun əsas hissələrinin, döyüş sursatlarının, partlayıcı maddələrin və partlayıcı qurğuların qanunsuz alınması, ötürülməsi, satışı, saxlanması, daşınmasında təqsirli bilinirlər.
Rusiya hüquq-mühafizə orqanları onlar barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.