Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mingəçevir su anbarında, qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.
Bu barədə APA-ya FHN-dən bildirilib.
***
4 iyun, saat 22:22
Mingəçevir sakini, 2003-cü il təvəllüdlü Rəşidli Rüstəm su anbarı hövzəsində çimərkən batmaq təhlükəsi ilə üzləşib.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, FHN-in Aran Dalğıc Axtarış Qrupu son anda gənci xilas edərək sahilə çıxarıb.