Siyəzəndə dağlıq ərazidə yanğın söndürüldü - YENİLƏNİB - FOTO - VİDEO
31 iyul 2020 18:00 (UTC +04:00)

Siyəzəndə dağlıq ərazidə yanğın söndürüldü - YENİLƏNİB - FOTO - VİDEO

Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddət ərzində söndürülüb.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri, həmçinin Siyəzən Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri cəlb olunub.

***

 

15.01

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Siyəzən rayonunun Sədan kəndi yaxınlığında kol-kos və quru ot olan dağlıq və dağətəyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, Siyəzən Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri yanğınsöndürmə işlərinə cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3140

Oxşar yazılar

Xaçmazda kişinin evin həyətində meyiti tapıldı

Xaçmazda kişinin evin həyətində meyiti tapıldı

3 iyun 2025 , 19:33
Daha iki tiktoker ev dustaqlığına buraxıldı

Daha iki tiktoker ev dustaqlığına buraxıldı

3 iyun 2025 , 19:31
Məşhur iş adamını şirlər yedi

Məşhur iş adamını şirlər yedi

3 iyun 2025 , 19:07
Daşkəsəndə 60 yaşlı kişi işdə öldü

Daşkəsəndə 60 yaşlı kişi işdə öldü

3 iyun 2025 , 18:17
Gəncədə stansiya işçisi qatardan yıxıldı

Gəncədə stansiya işçisi qatardan yıxıldı

3 iyun 2025 , 17:46
Naringi yeyən qadın boğulub öldü

Naringi yeyən qadın boğulub öldü

3 iyun 2025 , 17:35
DTX-nın saxladığı hakerə HÖKM OXUNDU

DTX-nın saxladığı hakerə HÖKM OXUNDU

3 iyun 2025 , 15:43
Şəmkirdə yeniyetmə epilepsiyadan  öldü

Şəmkirdə yeniyetmə epilepsiyadan öldü

3 iyun 2025 , 15:36