Rayonlara getmək istəyən 400-ə yaxın maşın geri qaytarıldı - DYP
30 iyul 2020 10:01 (UTC +04:00)

Rayonlara getmək istəyən 400-ə yaxın maşın geri qaytarıldı - DYP

Baş Dövlət Yol Polisi İdarəsi krantin rejimi ilə əlaqədar ötən gün görülmüş işlərlə barədə məlumat yayıb.

İdarədən Lent.az-a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş karantin rejiminin pozulmasına görə ötən gün nəqliyyat vasitələri ilə hərəkətdə olan 505 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə cərimələnib.

Sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 43 nəfər olmaqla ümumilikdə 548 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 40-ı rayon, 65-i paytaxt istiqamətinə olmaqla 105, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 50-i rayon, 55-i paytaxt istiqamətinə olmaqla 105, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 80-i rayon, 100-ü paytaxt istiqamətinə olmaqla 180 avtomobil geri qaytarılıb, ümumilikdə 390 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1834
avatar

Mehman Nəbiyev

Oxşar yazılar