Göyçay rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Göyçay-Hacalıkənd-Bığır yolunun Qarabaqqal kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bığır kənd sakini, 29 yaşlı Məmmədov Eldar Mətləb oğlu idarə etdiyi "Niva" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyada, Qarabaqqal kənd sakini, 1949-cu il təvəllüdıü Nəbiyeva Sənəm Hümbət qızını vurub.
Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.