Moskva prospektində, "Şamaxinka" dairəsi adlanan ərazidə yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın xəbərinə görə, Bakı Nəqliyyat Agentliyi mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, qəza səbəbindən hazırda ərazidə ciddi sıxlıq müşahidə olunur: “Sıxlıqla əlaqədar "Şamaxinka" dairəsi adlanan ərazidən keçən müntəzəm və ekspres xətt avtobuslarınln intervalında gecikmələr yaranıb”.