Qeyri-rəsmi münasibətdə olan ər-arvadı bıçaqlayan tutuldu
21 may 2020 15:30 (UTC +04:00)

Qeyri-rəsmi münasibətdə olan ər-arvadı bıçaqlayan tutuldu


Göygöldə iki nəfəri bıçaqlayan şəxs saxlanılıb.

APA-nın məlumatına görə, rayonda yerləşən “Vətən” kafesində 1995-ci il təvəllüdlü Yusif Rəhimov və onunla qeyri-rəsmi münasibətdə olan, 1992-cü il təvəllüdlü Günel Hüseynova bıçaqlanıblar. Onlar kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Hüquq-mühafizə orqanları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Aslan Verdiyev tutulub.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2146
avatar

Oxşar yazılar