Qardaş qardaşı GÜLLƏLƏDİ
15 iyun 2020 14:04 (UTC +04:00)

Qardaş qardaşı GÜLLƏLƏDİ


Astarada qardaşını güllələyən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyunun 14-də Astara rayonunun Ərçivan qəsəbəsində qəsəbə sakini H.Əliyev münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qardaşı C.Əliyevin ayaq nahiyəsinə xəsarət yetirib.

C.Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Astara RPŞ-nin əməkdaşları tərəfindən H.Əliyev saxlanılıb, ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5650
avatar

Oxşar yazılar