Ötən həftə Bərdədə universitetə hazırlaşan 17 yaşlı qızın zorla qaçırılması barədə məlumatlar yayıldı.
Lent.az xəbər verir ki, 17 yaşlı qızı zorla qaçırdığı barədə iddialar dolaşan Nurlan İskəndərovun keçmiş həyat yoldaşının səs yazısı yayılıb. O, səs yazısında 2018-ci ilin iyulun 19-dan 20-ə keçən gecə qaçırıldığını bildirib.
Daha geniş məlumat üçün aşağıdakı səs yazısına qulaq asa bilərsiniz:
Qeyd edək ki, sosial şəbəkədə hər kəsin sərt reaksiyasına səbəb olan və geniş müzakirə predmetinə çevrilən hadisənin əslində zorla qaçırılma olmadığı rəsmi şəkildə bildirildi. DİN 17 yaşlı qızın öz xoşu ilə Nurlana qoşulub qaçdığını, həmçinin onun ailəsi tərəfindən istəmədiyi adamla evləndiriləcəyi barədə məlumat yaymışdı.