Ölümlə nəticələnən qəza ilə bağlı 2 nəfər saxlanıldı - FOTO - VİDEO - YENİLƏNİB
01 fevral 2020 11:10 (UTC +04:00)

Ölümlə nəticələnən qəza ilə bağlı 2 nəfər saxlanıldı - FOTO - VİDEO - YENİLƏNİB

0

Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. 

APA-nın yerli bürosunun məlumatına görə, saxlanılan şəxslər rayon sakini, "Ford" markalı kiçiktutumlu yük maşınının sürücüsü, 1998-ci il təvəllüdlü Orucov Arzu Lətif  oğlu və Şəmkir rayon sakini, “Zil” markalı yük avtomobilinin sürücüsü, 1975-ci il təvəllüdlü  Murtuzayev Neymət Əhməd oğludur.

 

***

00.07

Göygöldə baş vermiş avtoqəza zamanı ölən şəxsin və xəsarət alanlardan birinin kimliyi müəyyən edilib.

APA-nın qərb bürosunun məlumatına görə, yol qəzası nəticəsində 1984-cü il təvəllüdlü Orucova Aidə Telman qızı dünyasını dəyişib. 1986-cı il təvəllüdlü Həsənova Südabə Lətif qızı və 2013-cü il təvəllüdlü Orucova Fatimə Natıq qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Saat 23:24

Göygöldə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

Qəza zamanı "Ford" markalı kiçiktutumlu yük maşını "ZİL" markalı yük maşını ilə toqquşub. Nəticədə 1 nəfər ölüb, bir neçə nəfərin də xəsarət aldığı bildirilir.

Təfərrüatlar araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2239

Oxşar yazılar