Bakıda mənzildən külli miqdarda oğurluq edilib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, martın 20-dən iyunun 10-dək olan müddətdə rayon ərazisindəki mənzillərin birindən 50 min manat dəyərində məişət əşyaları oğurlanıb.
Xətai rayon Polis İdarəsi 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri D.Borisov və R.Vəliyev saxlanılıblar.