Maşının vurduğu piyadalardan biri öldü
03 fevral 2020 11:58 (UTC +04:00)

Maşının vurduğu piyadalardan biri öldü

0


Xocavənddə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə fevralın 1-də saat 21 radələrində Xocavənd rayonunun Yeni Xocavənd qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, rayon sakini V.Savalanov idarə etdiyi “VAZ-2013” markalı avtomobillə yolu keçən həmyerliləri N.Əlizadəni və İ.Hacızadəni vurub.

Nəticədə onlar xəstəxanaya yerləşdirilib, N.Əlizadə orada ölüb.

Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1138

Oxşar yazılar