Maşın su kanalına aşdı: ölən var
28 noyabr 2020 19:23 (UTC +04:00)

Maşın su kanalına aşdı: ölən var

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, yol qəzası rayonun Çaylı kəndində qeydə alınıb.

Cəlilabad rayonu Üçtəpə kənd sakini Nail Nəzər oğlu Qafarovun idarə etdiyi BMW markalı minik avtomobilinin su kanalına aşması nəticəsində İbrahim Nəzər oğlu Qafarzadə ölüb. Digər sərnişin Ələkbər Tahir oğlu Abbasov isə sürücü ilə birgə orta dərəcəli bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hər üç şəxs həmkəndlidirlər.

Faktla bağlı araşdırma aparılır.

# 2365
avatar

Oxşar yazılar