Maşın hasara çırpıldı, sürücünün meyiti zorla çıxarıldı
30 iyul 2020 09:25 (UTC +04:00)

Maşın hasara çırpıldı, sürücünün meyiti zorla çıxarıldı

Qəbələdə ölümlə nəticələnən yol qəzası olub.

Lent.az FHN-in saytına istinadla bildirir ki, nazirliyin "112" qaynar telefon xəttinə rayonun Nohurqışlaq kəndində “VAZ” markalı minik avtomobilinin hasara çırpılması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1989-cu il təvəllüdlü Eyvazov İman Fazil oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

# 1423
avatar

Mehman Nəbiyev

Oxşar yazılar