Karantini pozan məmur cəzalandırıldı
18 iyun 2020 12:17 (UTC +04:00)

Karantini pozan məmur cəzalandırıldı

"Azəriqaz" İstehsalat Birliyinin vəzifəli şəxsi karantin qaydalarını pozduğu üçün işdən azad edilib.

Qurumdan Lent.az-a verilən xəbərə görə, pandemiya dövründə koronavirus (COVID-19) infeksiyasından qorunma tədbirlərinin həyata keçirilməsində məsuliyyətsiz davrandığına görə “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin Təhlükəsizlik, ekologiya və keyfiyyətə nəzarət şöbəsinin rəisi vəzifəsindən azad olunub. O, daha aşağı vəzifəyə - Təmir-tikinti İdarəsinin 104 “Çağrı Mərkəzi”nin 1 saylı çağrı xidmətində usta vəzifəsinə keçirilib.

“Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi bir daha bildirir ki, qurumda pandemiya dövrünün tələb və qaydalarını pozan istənilən işçi sərt formada cəzalandırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4570
avatar

Mehman Nəbiyev

Oxşar yazılar