Karantini pozan 47 mindən çox sürücü məsuliyyətə cəlb olundu - DYP
04 may 2020 09:45 (UTC +04:00)

Karantini pozan 47 mindən çox sürücü məsuliyyətə cəlb olundu - DYP

Baş Dövlət Yol Polisi İdarəsi ölkədə tətbiq edilmiş karantin rejimi ilə əlaqədarötən gün ərzində görülmüş işlər barədə məlumat yayıb.

İdarədən Lent.az-a daxil olan məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən  karantin rejiminin pozulmasına görə dünən respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1049 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 47477 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1905
avatar

Mehman Nəbiyev

Oxşar yazılar