Karantin rejimi müddətində “Nar” abunəçilərinin sorğularını operativ cavablandırmaqdadır
21 iyul 2020 16:26 (UTC +04:00)

Karantin rejimi müddətində “Nar” abunəçilərinin sorğularını operativ cavablandırmaqdadır

Koronavirus pandemiyası ilə əlaqədar ölkədə karantin rejiminin tətbiq edildiyi 3 ay müddətində 777 Çağrı Mərkəzinə 1,4 milyona yaxın sorğu daxil olub.

 

Bundan başqa, abunəçilərə  evdən çıxmadan həm hesablarını daha asan idarə etməyə imkan verən, həm də müştəri xidməti funksiyasını yerinə yetirən “Nar+” tətbiqinin onlayn çat xidmətinə son 3 ayda 76 mindən artıq sorğu daxil olub. Bu isə karantin rejimindən əvvəlki 3 ayla müqayisədə 3 dəfədən çoxdur.

 

Mobil operator rəsmi sosial meda səhifələri (“Facebook”, “İnstagram”“Twitter”) vasitəsilə də operativ şəkildə abunəçilərinə xidmət göstərməkdə davam edir. Əvvəlki dövrlərlə müqayisədə karantin rejimi müddətində “Nar”ın sosial media kanallarına 57 minə yaxın abunəçinin sosial media səhifələrinə ünvanladığı sorğulara dərhal cavab verilib.

 

Qeyd edək ki, koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə, ölkədə tətbiq edilən karantin rejimi müddətində “Nar” səyyar xidmətlər göstərməkdə davam edir. “Səyyar Nar” layihəsi çərçivəsində Bakı - Abşeron və Sumqayıt ərazilərində yaşayan abunəçilər evlərini tərk etmədən "Nar" mərkəzlərində göstərilən xidmətləri birbaşa ünvanlarında əldə edə bilərlər. Qeyd edək ki, 3 ay ərzində “Səyyar Nar” layihəsi çərçivəsində 200-dən çox müştəriyə evində xidmət göstərilib. Bundan başqa, yeni “Nar” abunəçisi olmaq istəyənlər istədikləri nömrəni "narsim.az" vebsaytından seçə bilər və nömrə birbaşa abunəçinin evinə çatdırılır. Səyyar nömrə xidməti ilə 2500-dən çox nömrə sifarişi birbaşa abunəçilərin ünvanına çatdırlıb.  

 

Qeyd edək ki, ölkədə tətbiq edilən karantin rejimi müddətində “Nar” müştərilərinin müraciətlərini operativ şəkildə və fasiləsiz cavablandırmaqdadır. Abunəçilərinin evdən çıxmaması üçün mobil operatorun  onlayn kanalları və 24/7 rejimində fəaliyyət göstərən 777 Çağrı Mərkəzi gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir.

 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5143
avatar

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var

Qubada evdə partlayış - Yaralanan var

15 dekabr 2024 , 13:09
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46