Xaçmaz rayon sakini, 45 yaşlı Əsədullayev Məhəmməd Rufulla oğlu iyul ayının 18-i yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, M.Əsədullayevin əlamətləri belədir: Boyu 168 sm., gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludur.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə 023-325-53-56 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.