Gəncə sakininin evindən istifadə müddəti başa çatmış ərzaq məhsulları aşkar edilib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 1-də şəhər sakini, əvvəllər məhkum olunmuş A.Ağalarovun Nizami rayonu ərazisində kirayədə yaşadığı mənzilə baxış keçirilib.
Bu zaman oradan üzərində istifadə müddəti başa çatmış və istehsal tarixi silinmiş 2640 ədəd limonad, habelə 80 kiloqram makaron, limonad şüşələrinin üzərinə istehsal tarixi və son istifadə müddəti yazan xüsusi aparat və sellofan torba tikən avadanlıq aşkar edilərək götürülüb.