Xaçmazda bədbəxt hadisə baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə İstisu qəsəbəsində qeydə alınıb. 2018-ci il təvəllüdlü Allahverdili Aylin Abbas qızı hovuza düşərək boğulub.
Qeyd edək ki, hovuzda boğulan azyaşlı Şimal Ərazi Baş Gömrük İdarəsinin şöbə rəisinin qızıdır.
Faktla bağlı araşdırmalar aparılır.