Bakının Səbail rayonunda oğurluq olub.
Lent.az-ın məlumatına görə, mayın 11-də saat 22 radələrində rayonun N.Qurban küçəsində naməlum şəxs paytaxt sakini O.Quliyevin içəriisndə 260 manat və 2200 rubl, həmçinin mobil telefon, digər əşyalar olan əl çantasını oğurlayıb.
Səbail Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 8-ci Polis Bölməsi əməkdaşlarının keçidriyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən 1993-cü il təvəllüdlü E.Dostəliyev saxlanılıb.