Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Samcevrisi (Şəmşoy) kəndində 72 yaşlı azərbaycanlı Feyzi Əhmədov qısqanclıq zəminində qətlə yetirilib.
Bu barədə APA-nın Gürcüstan bürosuna mərhumun qohumları məlumat veriblər.
Bildirilib ki, faktla əlaqədar kənd sakini 56 yaşlı Niyazi Budayev saxlanılıb. Saxlanılan şəxsin cinayət törətdiyini etiraf etdiyi bildirilib.
Mərhumun meyiti isə tibbi ekspertizadan keçirilməsi üçün Rustavi rayonuna aparılıb.
Qeyd edək ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.
***
14:20
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Samcevrisi (Şəmşoy) kəndində azərbaycanlı kişi qətlə yetirilib.
APA-nın yerli bürosu xəbər verir ki, kənd sakini Feyzi Əhmədov ötən axşam qohumlarını ziyarət etmək məqsədi ilə yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
F.Əhmədovun ailə üzvləri onun gecə saatlarında evə gəlmədiyini gördükdə axtarmağa başlayıblar, lakin axtarışlar nəticə verməyib. Bundan sonra yerli polis şöbəsinə məlumat verilib.
DİN əməkdaşlarının apardığı axtarış zamanı kəndin yaxınlığında F.Əhmədovun bıçaqla qətlə yetirilmiş meyiti aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanıb.