Goranda qadını güllələyən tutuldu
06 avqust 2020 09:36 (UTC +04:00)

Goranda qadını güllələyən tutuldu

Avqustun  5-də saat 23 radələrində Goranboy rayonu, Goran qəsəbə sakini, 37 yaşlı Gülbuta İmanovanın odlu silahdan atəş açılması nəticəsində öldürülməsinə dair məlumat daxil olub.

Goranboy rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla cinayəti 34 yaşlı Qərib Zamanovun zərərçəkmiş şəxslə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Qərib Zamanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2089
avatar

Oxşar yazılar