Gizli fəaliyyət göstərən masaj salonu aşkar edildi - FOTO
29 avqust 2020 16:27 (UTC +04:00)

Gizli fəaliyyət göstərən masaj salonu aşkar edildi - FOTO


Xətai Rayon Polis İdarəsinə Xocalı prospekti, 29 ünvanında hamamın fəaliyyət göstərməsi barədə məlumat daxil olub.

APA-nın məlumatına görə, dərhal Xətai Rayon Polis İdarəsinin əməkdaşları sözügedən ünvana gəlib. Həmin ünvanda "Hamam Center" adında iaşə obyektinin axşam saatlarında gizli şəkildə işlədiyi məlum olub. Polis əməkdaşları obyektə daxil olaraq orada çalışan 11 nəfər qadının masaj xidməti ilə məşğul olduğunu müəyyən edib. Həmin qadınlar və obyekti işlədən Azər Ağayev Xətai RPİ-nin 37-ci Polis Bölməsinə aparılıb.

Obyekt sahibi olan Azər Ağayev barəsində İXM-nin müvafiq maddəsi ilə protokol tərtib edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4234
avatar

Oxşar yazılar