Yevlax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbir zamanı rayon ərazisində qanunsuz şəkildə fəaliyyət göstərən çayxana aşkar olunub.
DİN mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Yevlax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində yerləşən çayxananın xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.
Məkana baxış zamanı 10 nəfərin qayda pozuntusuna yol verdiyi aşkar edilib və həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.